AZ

Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Gürcüstanda aksiya zamanı polisin qanuni tələblərinə tabe olmayan və xırda xuliqanlıq edən 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat tayıb.

Daxili İşlər Nazirliyi nümayişin təşkilatçılarını və iştirakçılarını hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyə çağırıb.

Nümayişin dinc şəraitdə keçirilməsinin zəruriliyi ilə bağlı çoxsaylı polis xəbərdarlığına və DİN-in çoxsaylı xəbərdarlıq bəyanatlarına baxmayaraq, nümayiş iştirakçıları qanuni çağırışlara tabe olmayıb, polis məmurlarına müxtəlif küt əşyalar və boyalar atıblar.

Nümayişçilər magistral yolun ortasına müxtəlif dəmir konstruksiyalar yerləşdiriblər. Parlament binasına icazəsiz girişin qarşısını almaq və ictimai asayişi bərpa etmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla müəyyən edilmiş adekvat güc və xüsusi tədbirlərdən istifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
publika.az

2Mənbələr