AZ

Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) daha bir mükafata layiq görülüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçıya "Jara Music Awards" mükafatı təqdim olunub. Coninin sözlərinə görə, bu nominasiyada mükafat alacağını gözləməyib:

"Bu, mənim üçün çox önəmli mükafatdır. Hər kəsə ürəkdən təşəkkür edirəm".

Qeyd edək ki, mükafat 2018-ci ildən "Jara" telekanalı tərəfindən verilən Rusiya musiqi mükafatıdır. Qaliblər açıq səsvermə yolu ilə seçilir.

2018-ci ildən 2023-cü ilə qədər mərasim hər il "Crocus City Hall" ticarət mərkəzində keçirilirdi. 2024-cü ildə məkanda baş verən terror hadisəsi səbəbindən başqa bir yerdə təşkil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
milli.az

1Mənbələr