AZ

G7 Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini müzakirə edəcək

Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsi Yeddilik Qrupu (G7) ölkələrinin maliyyə nazirlikləri rəhbərlərinin mayın 23-25-də Stresa şəhərində keçiriləcək görüşündə əsas müzakirə məsələlərindən biri olacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, görüşdə dondurulmuş Rusiya aktivlərindən necə istifadə etmək məsələsi, həmçinin ABŞ-nin Çinə qarşı son dərəcə sərt tariflər tətbiq etməsi səbəbindən qlobal ticarətin parçalanması problemi müzakirə olunacaq. Agentlik qeyd edir ki, Vaşinqton tərəfindən irəli sürülən Rusiya aktivlərindən Ukraynanı birbaşa maliyyələşdirmək üçün istifadə etmək təklifi kifayət qədər ciddi hüquqi nəticələrə səbəb olacaq və bu, hələ də aydınlaşdırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
operativmedia.az

1Mənbələr