AZ

Sırski Zelenskini əmin etdi: “Vəziyyət nəzarət altındadır”

Ukrayna prezidenti Volodimir Zelenski hazırda mühüm hərbi əməliyyatların aparıldığı ərazilərdə olan Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatını dinləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində məlumat verib.

Zelenskinin sözlərinə görə, Sırski əsasən ağır vəziyyətin hökm sürdüyü Donetsk və Xarkov vilayətlərindəki vəziyyət barədə məlumat verib.

“Sırski əsas döyüş nöqtələrindədi, briqadalarla işləyir. Nəticə çıxarmaq hələ tezdir, lakin vəziyyət nəzarət altındadır”, – deyə prezident vurğulayıb.

O qeyd edib ki, ukraynalı müdafiəçilər hələ də irəliləməyə çalışan düşməni məhv etməkdə davam edirlər.

“Əsasən Xarkovun müdafiəsi gücləndirilib”, – deyə Zelenski əlavə edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
konkret.az

10Mənbələr