AZ

Ərdoğandan HƏMAS-la bağlı AÇIQLAMA: "1000-dən çox üzvü Türkiyədə..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS qruplaşmasının 1000-dən çox üzvünün Türkiyədə müalicə olunduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə DPA agentliyi yazır.

“Mənim ölkəmdə HƏMAS-ın 1000-dən çox üzvü hazırda xəstəxanalarımızda müalicə olunur”, - Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə lideri bir daha HƏMAS-ı “müqavimət təşkilatı” adlandırıb.

“Həmas öz ölkəsinin ərazisinin və xalqının müdafiəsi üçün mübarizə aparır”, - deyə Ərdoğan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
publika.az

2Mənbələr