AZ

Rusiya Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli generalı həbs edilib

"Kuznetsov kardlarla bağlı  fəaliyyəti ilə deyil, Dövlət Sirlərinin Qorunması Xidmətinin rəhbəri olduğu zaman istintaqın diqqətini cəlb edib..."
 
Rusiya Müdafiə Nazirliyində misli görünməyən təmizləmələrə başlanılıb
 
Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA informasiya agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
"General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb. Tədqiqat Rusiya İstintaq Komitəsinin Baş Hərbi-İstintaq İdarəsi tərəfindən aparılır. Müstəntiq artıq məhkəməyə müraciət edərək generala qarşı həbs qətiimkan tədbiri seçilməsi üçün müraciət edib", - məlumatda deyilir.
 
Onun sözlərinə görə, Kuznetsovun iş yerində, habelə evində axtarış aparılıb. Cinayət işinin digər təfərrüatları barədə məlumat verilmir.
 
"Baza" nəşrinin jurnalistləri diqqəti ona cəlb edib ki, Kuznetsov Kadrlar İdarəsinin rəisi olmazdan öncə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Səkkizinci İdarəsinə başçılıq edib. Bu İdarə Dövlət Sirlərinin Qorunması Xidmətinə rəhbərlik edir.
 
Rusiyanın tanınmış "Rıbar" Telegram-kanalı güman edir ki, Kuznetsovun saxlanılması Sergey Şoyqunun Andrey Belousovla əvəzlənməsi ilə bağlıdır.
 
"Bizdə olan məlumata görə, Kuznetsov kadrlarla bağlı fəaliyyəti deyil, məhz Dövlət Sirlərinin Qorunması Xidmətinin rəhbəri vəzifəsində olduğu zaman istintaqın diqqətini cəlb edib. 
 
Söhbətin nədən getdiyi, hansı epizodlarda cinayət törədilməsi bu mərhələdə aydın deyil. Ola bilsin ki, söhbət səhlənkarlıqdan və məlumatların qorunmasının təmin edilməsində kifayət qədər iş görülmədiyindən (o cümlədən xüsusi əhəmiyyətli sənədlərin "sızdırılması, təəssüf ki, gerçəklikdir) gedir, - jurnalistlər qeyd edib.
 
"Müdafiə Nazirliyində, o cümlədən xoşagəlməz epizodlarda bu və ya digər dərəcədə əli çirkaba batan adamlara qarşı misli görünməyən təmizləmələrə başlanılıb", - jurnalistlər qeyd edib.
 
Rusiya MN-də ən mühüm yerdəyişmələr ötən ayda başlanılıb. Aprelin 23-də İstintaq Komitəsi nazir müavini Timur İvanovun rüşvət almada şübhəli bilinərək saxlanıldığı barədə məlumat yayıb. İvanov hərbi-inşaat kompleksinə kuratorluq edib.
 
Ertəsi gün Moskvanın Basman Məhkəməsi istintaqın vəkaləti ilə generalı iyunun 23-dək həbsə atıb.
 
Bununla birlikdə, bu işlə bağlı daha bir nəfər, sahibkar Sergey Borodin iki aylığa həbs edilib. 
 
Aprelin 25-də üçüncü müttəhimin, "Olimpsitistroy" şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə bəlli olub. O, rüşvət verməkdə təqsirli bilinir.
 
Mayın 12-də Şoyqunun müdafiə naziri vəzifəsindən azad edilməsi barədə rəsmən məlumat verilib.
 
O, Nikolay Patruşevin əvəzinə Rusiya Təhlükəsizlik Şurasının katibi postuna təyin olunub.
 
Müdafiə naziri vəzifəsinə hökumətin iqtisadi blokuna keçmişdə kuratorluq edən Andrey Belousov təyin edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
moderator.az

10Mənbələr