AZ

Rusiya 2025-ci ildən bakalavr dərəcələrindən imtina edəcək

Rusiya təhsil sistemi Boloniya sisteminin mirasından tamamilə imtina edəcək və bakalavr təhsilini ləğv edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının plenar iclasında elm və ali təhsil naziri Valeri Falkov bildirib.

Onun sözlərinə görə, Rusiyada ali təhsildə islahatlar aparılacaq.

Rusiya universitetlərində “bakalavr” əvəzinə sadəcə “ali təhsil” olacaq. Universitet sistemində hələ də qalacaq magistr dərəcəsi ciddi şəkildə dəyişəcək və “ixtisaslaşdırılmış ali təhsil” adlandırılmağa başlayacaq.

...Təəssüf ki, biz özümüzdə effektiv kütləvi magistr proqramı hazırlamamışıq.

Bunu deyən Falkov, əlavə edib ki, bir sıra ixtisasları yalnız 5-5,5 illik təhsildən sonra əldə etmək olar. Bu, xüsusilə mühəndis və müəllimlərə aiddir...

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
sia.az

1Mənbələr