AZ

Almaniya: "Heç kimin Ukrayna Sülh Sammitindən böyük gözləntiləri olmamalıdır"

Almaniya kansleri Olaf Şolz bildirib ki, iyunda İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitindən heç kimin böyük gözləntiləri olmamalıdır.

BiG.AZ xəbər verir ki, Şolz Stern jurnalına verdiyi açıqlamada İsveçrədə keçiriləcək sammitdə nüvə stansiyalarının təhlükəsizliyi, taxıl ixracı, məhbus mübadiləsi və nüvə silahlarının istifadəsi ilə bağlı tabu olması lazım olan məsələlərin müzakirə ediləcəyini bildirib.

"Heç kim böyük ümidlər bəsləməməlidir. Biz orada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmayacağıq.Ən yaxşı halda, Ukrayna və Rusiya arasında birbaşa danışıqlara gətirib çıxara biləcək prosesin başlanğıcı mümkün ola bilər" ,- deyə o qeyd edib.

Ukrayna Sülh Sammitinin iyunun 15-16-da İsveçrənin Nidvalden kantonunun Bürgenstok şəhərində keçiriləcəyi açıqlanıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
big.az

1Mənbələr