AZ

Startda 1 qələbə, 2 heç-heçə

Birləşmiş Ərəb Əmirliyində Şarjah Masters şahmat turniri start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması nüfuzlu yarışda 4 şahmatçı ilə təmsil olunur.

Yığmamızın lideri Teymur Rəcəbov turnirə heç-heçə ilə start verib. O, hindistanlı Seturamanla xalları yarıya bölüb. Əvəzində digər şahmatçımız Eltac Səfərli hindistanlı rəqibinə uduzub. Eltac Şarjah Mastersin reytinq liderinə məğlub olub.

Məhəmməd Muradlı Boqdan-Daniel Deak (Rumıniya) görüşdə rəqibi mat qoyub. Aydın Süleymanlı kolumbiyalı Santyaqo Avila Pavasla heç-heçə oynayıb.

Qeyd edək ki, 88 şahmat qələbə uğrunda yarışır.

Şarjah Masters, I tur
Arjun Ergaisi (Hindistan) – Eltac Səfərli – 1:0
S.P Seturaman (Hindistan) – Teymur Rəcəbov – 0,5:0,5
Məhəmməd Muradlı – Boqdan-Daniel Deak (Rumıniya) – 1:0
Santyaqo Avila Pavas (Kolumbiya) – Aydın Süleymanlı – 0,5:0,5

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
idman.biz

2Mənbələr