AZ

Bakıda üç ildir ki, tikilən hotel 3 günə söküldüVİDEO

Bakının mərkəzində, Səbail rayonunda 3 ildir ki, tikilən binanın söküntüsünə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə,  tavanından zirzəmisinədək sökülən binanın tikintisinə 3 il əvvəl başlanılıb. Lakin sonradan sənədlərinin qaydasında olmadığı üzə çıxıb. Buna görə də Bibiheybət məscidinin yaxınlığında aparılan söküntü işlərinə bir neçə gündür başlanılıb və sürətlə davam edir.

İş icraçılarından söküntü aparılan ərazidə kimsə olmadığından suallarımızı sakinlərə ünvanladıq.

Ərazidə yaşayanlar deyirlər ki, hazırda söküntüsü icra olunan binanın yerində əvvəlcə üçmərtəbəli yaşayış binası olub. Sonra sakinlər burdan köçürülüb və köhnə binanın yerində müasir üslubda otel tikintisinə başlanılıb. Onların iddiasına görə, tikinti normaları pozulub.

Məsələ ilə bağlı “Xəzər Xəbəri”in sorğusuna cavab olaraq Baki Şəhər İcra Hakimiyyətindən bildirildi ki, sözügedən binanın söküntüsü Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin, həmçinin digər aidiyyəti qurumların müraciəti əsasında aparılır. Qeyd olunub ki, bina sürüşmə zonasında bir müddət öncə qanunsuz olaraq inşa edilib. Sürüşmə riskini artırırdığından onun ən qısa zamanda sökülməsi təmin edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirlib ki, orada özbaşına tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından tikinti işləri dayandırılıb və söküntü işlərinə başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
30
xezerxeber.az

10Mənbələr