AZ

"Napoli" Osimhenə əvəzləyici tapdı

"Napoli" yayda komandadan ayrılacağı gözlənilən Viktor Osimhenə əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Kristal Pelas"da çıxış edən Jan-Filipp Matetanı transfer etməyi planlaşdırır. Bu barədə "L'equipe" nəşri məlumat yayıb.

İtaliya klubu 26 yaşlı hücumçu üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Kristal Pelas" Jan-Filipp Matetanı 2021-ci ilin yanvar ayında "Maynz"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
sportal.az

1Mənbələr