AZ

İkardi İtaliya A Seriyasına qayıda bilər

"Qalatasaray"ın futbolçusu Mauro İkardi üçün İtaliya klubu hərəkətə keçib. 

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, gələn mövsüm üçün İtaliya A Seriyasına vəsiqə qazanan "Komo 1907" argentinalı ulduzu heyətinə cəlb etmək istəyir. Klubun transfer hədəfində Yoakin Korrea da var. 

Qeyd edək ki, 31 yaşlı forvardın "Cim-Bom"la sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Oyunçunun "Transfermarkt"də qiyməti 18 milyon avro civarındadır.

Xatırladaq ki, İkardi 2013-2020-ci illərdə "İnter"in (Milan) formasını geyinib.

Təqlər: ,
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
offsideplus.az

1Mənbələr