AZ

Çinin Londondakı səfiri İngiltərə XİN-ə çağırıldı

Çinin Londondakı səfiri Çinq Ziquanq Britaniyada casusluq etməsi iddiası ilə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 Məlumatda, səfirin ölkə ərazisində Milli Təhlükəsizlik Aktına zidd olaraq fəaliyyətlərlə məşğul olduğu bildirilib.

Həmçinin, onun, Xarici İşlər Naziri Devid Kemeronun göstərişi ilə nazirliyə çağırıldığı qeyd edilib.

Qeyd edək ki, son iki ayda İngiltərədə Çinlə əlaqəsi olan bir çox casusluq və kiberhücum hadisələri baş verib.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
demokrat.az

1Mənbələr