AZ

"Baku Sportinq"i çempion edən qələbə - VİDEO

Futbol üzrə Azərbaycan II Liqasında XXV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün lider "Baku Sportinq" öz meydanında "Dinamo"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 61-ə yüksəldən "Baku Sportinq" mövsümün bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. 24 xalı olan "Dinamo" isə 10-cu yerdədir.

"Baku Sportinq" - "Dinamo" 4:2

Qollar: Röyal Nəcəfov, 10, 24, 89, Comərd Baxşəliyev, 48 - Valeh Seyidov, 33, Tərlan Veysəlli, 38

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
sportal.az

1Mənbələr