AZ

Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb

Ukraynanın Xarkov şəhərinin atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Region başçısının sözlərinə görə, bu gün Rusiya Silahlı Qüvvələri Xarkov şəhərinin yaşayış rayonuna 7 hava zərbəsi endirib, nəticədə dinc sakinlər əziyyət çəkib. Atılan raketlərdən biri şəhərin mərkəzindəki çoxmərtəbəli binaya düşüb.

Son məlumatlara görə, yaralananların sayı 18 nəfərə çatıb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralılar arasında 12 yaşlı qız, o cümlədən 61 yaşlı qadın və 73 yaşlı kişi də var. Onların vəziyyəti sabit qiymətləndirilir. Lakin xəsarət alan 28 yaşlı gəncin vəziyyəti ağırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
9
report.az

10Mənbələr