AZ

Ölüm qorxusu...

Bu gün insanların böyük əksəriyyəti müxtəlif formalarda psixoz, nevroz, panik atak və s. bu kimi psixoloji problemlər yaşayır. 

Hər gün artan ölüm statistikası, dünyasını dəyişən xəstələrin daha çox yaşlı nəslin nümayəndəsi olması və bunun cəmiyyətə açıqlanması yaşlı insanların psixologiyasına ciddi şəkildə təsir göstərir.

Bu səbəbdən də insanları ölüm qorxusu narahat edir.

Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində deyib ki, 50 yaşından sonra insanlar tənhalıq və ölüm qorxusu yaşamağa və həyatla daha ehtiyatlı davranmağa başlayırlar: 

“Məhz elə buna görədir ki, koronavirus pandemiyası yayıldıqdan sonra yaşlı insanlar depressiya düşüb və ölüm qorxusu yaşayırlar. Ümumiyyətlə, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Çünki heç bir insan ölmək istəmir. Həmçinin , bir çox psixoloji problemlər də məhz bu qorxuların fonunda yaranır. Yəni bu gün təşviş, həyacan pozuntusu, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır.İnsanların əksəriyyəti qapalı məkana, liftə və təyyarə minə bilmir. Bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür.

Qorxu hissi çox olan insanların fəaliyyətə sövq edilməsi əsas məsələdir. Məsələn, qəhrəman, mərd və ya müxtəlif yaxşı keyfiyyətlər şamil edilən insanlar arasında müşahidələr aparsaq, onlarda ölüm qorxusunun az olduğunu görərik. Ona görə də həmişə cəmiyyətdə onlara qarşı qibtə hissi ilə yanaşılıb. Hər bir insan öz düşüncəsinə, dünyagörüşünə uyğun olaraq , qorxularla savaşır. Bu da instinktiv olaraq baş verir”. 

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
hit.az

1Mənbələr