AZ

OPEK+ razılaşmasında ziddiyyətlər güclənir: Bir neçə ölkə tələb edir ki...

OPEC+ razılaşmasına daxil olan bir sıra iri hasilatçı ölkələr 2025-ci il üçün hasilat kvotalarının artırılmasını xahiş edir. Musavat.com xəbər verir ki, bu barədə razılaşma ölkələri arasında müzakirələrlə tanış olan mənbələrə istinadən Bloomberg Agentliyi məlumat yayıb.

2023-cü ildə məsələ ilə bağlı Anqolanın təşkilatdan çıxmasına səbəb olan şiddətli mübahisələrdən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi alyans üzvlərin hasilat imkanlarının xarici tərəfdaş tərəfindən yoxlanmasının iyunun sonuna qədər tamamlanmasını tapşırdı. Bloomberg-in məlumatına görə, bir neçə böyük ixracatçı 2025-ci ildə daha çox neft hasil etmək hüququ əldə etmək üçün öz göstəricilərini yaxşılaşdırmağa çalışır.

OPEC-in 2023-cü il iyunun əvvəlində keçirilən OPEC+ nazirlərinin görüşündən sonra yaydığı press-relizdə bildirilmişdi ki, 2024-cü ilin iyun ayının sonuna kimi bütün OPEC+ ölkələri neft hasilatı məlumatları üzrə ixtisaslaşmış üç müstəqil agentlik (IHS, Wood Mackenzie və Rystad Energy) tərəfindən yoxlanılacaq. Məqsəd ölkələr üzrə 2025-ci il üçün kvotaların müəyyən edilməsində istifadə olunacaq istehsal imkanlarını müəyyən etməkdir.

BƏƏ, Qazaxıstan, İraq, Küveyt və Əlcəzair gələn il neft hasilatını artırmaq potensialı yoxlanılan ölkələr arasındadır. Bəziləri hasilatın artırılması üçün məsələyə baxan kənar məsləhətçilərlə sərt danışıqlara gedib. Alyansın bəzi ölkələri onlara icazə verilən hasilat səviyyəsinə çata bilmir, digərləri isə hasilatı artırmaq üçün sərbəst potensiala malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl İraq OPEK+ çərçivəsində hasilatın azaldılması müddətinin uzadılmasına qarşı olduğunu açıqlayıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
musavat.com

1Mənbələr