AZ

Çexiya miqrasiya ilə mübarizə üzrə Aİ ölkələrindən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib

Çexiya miqrasiya ilə mübarizə üzrə Avropa İttifaqı (Aİ) ölkələrindən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib.

“Report” ČTK agentliyinə istinadən xəbər verir ki, sözügedən qrupa Çexiyadan başqa 18 ölkə daxil olacaq.

“Aİ Miqrasiya Paktının qəbulu qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə yalnız ilk addımdır və bu, əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Çexiya bununla daha ardıcıl mübarizə aparmaq istəyən dövlətlərdən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib”, - agentlik ölkənin Baş naziri Petr Fialadan sitat gətirib.

Ölkələr Avropa Komissiyasına və digər Aİ ölkələrinə qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsinin zəruriliyi ilə bağlı fikirlərini əks etdirən məktub göndərmək niyyətindədirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
50
report.az

10Mənbələr