AZ

Delimitasiya prosesi ilə bağlı əvvəlki sənədlərə istinad edilməməlidir!-Zeynal Əmrəliyev- ÖZƏL

"Paşinyan və onun komandasına daxil olan şəxslər müxtəlif bəyanatlar işlədirlər. Delimitasiya prosesi ilə bağlı gah Almatı bəyannaməsinə, gah da digər əvvəllər imzalanan sənədlərə istinad edirlər və özlərinə sərf edən variantı tapmağa çalışırlar. Ancaq hər ehtimalda belə görünür ki, hazırkı prosesdə bu sərhədlərin delimitasiyası ilə bağlı iki ölkənin arasında bir komissiya yaradılıb və komissiya öz işini aparır, yəni davam etdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Düşünürəm ki, ümumilikdə heç bir əvvəlki sənədə istinad edilməməlidir. Təbii ki, əvvəllər imzalanan sənədlərin əsasında işlər görülə bilər, ancaq tam nəyəsə istinad etmək düzgün deyil. Çünki ortada bir müharibə gedib və həmin müharibə zamanı orada sərhəd xətti mövcud olmayıb, dağılıb və ümumilikdə ümummilli şəkildə müəyyən olunmasına ciddi şəkildə ehtiyac var. Çünki həmin ərazilər coğrafi relyef quruluşu baxımından düzənlik deyil, dağlıq ərazilərdir. Buna görə də ərazilərin coğrafi quruluşunun dəyişdirilmə ehtimalı var. Yəni sərhədlər dəyişilə bilər. Üstəgəl ermənilər həmin ərazilərdə müxtəlif süni şəkildə coğrafi pozuntular ediblər. Çay axınlarının yeri dəyişdirilib. Müxtəlif xırda təpələr məhv edilib, həmin ərazilərdə meşəliklər məhv edilib. Yəni buna görə bu komissiya düzgün şəkildə işləməli və hər şey öz yerini müəyyən etməlidir. Çünki bizim üçün bir qarış vətən torpağı çox önəmlidir. Buna görə komissiya ciddi şəkildə işləməlidir və işləyir də. Yəni Paşinyan və komandasına daxil olan şəxslər- istər Alen Simonyan, Armen Qriqoryan, Ararat Mirzoyan hamısı fərqli-fərqli açıqlamalar verirlər. İndi Almatı bəyannaməsinə istinad edirlər. Ancaq delimitasiya komissiyası öz işini tamamilə yekunlaşdırdıqdan sonra bu barədə söz deyə bilər. Tam heç bir əvvəlki sənədə, məncə, istinad edilməsi düzgün deyil. Çünki dediyim kimi, həmin ərazilərdə çox ciddi coğrafi pozuntulara yol verilib. Bunun qarşısı alınmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
olaylar.az

1Mənbələr