AZ

Haverts: “MS ilə oyunda “Tottenhem”ə azarkeşlik edəcəyəm”

“Arsenal”ın yarımmüdafiəçisi Kay Haverts Premyer Liqanın 37-ci turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyundan danışıb.

Arena.az xəbər verir ki, alman futbolçu çətin rəqib üzərində qazanılmış vacib səfər qələbəsini (1:0) şərh edib və “topçular”ın çempionluğuna ümid bəslədiyini dilə gətirib:

Havertsin bu barədə fikirlərini təqdim edirik: “Biz oyuna çox yaxşı hazırlaşmışdıq. Biz ən yaxşı oyunumuzu nümayiş etdirmədik, amma üç xala ehtiyacımız vardı və biz onu qazandıq. Buna görə də məmnun ola bilərik.

Mayın 14-də “mahmızlar” “Mançester Siti” ilə qarşılaşanda “Tottenhem”in ən böyük azarkeşi olacağam. Ən yaxşısına ümid edək”, deyə Haverts ümidlə bildirib.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının zirvəsi uğrunda isə gərgin mübarizə gedir. Hazırda “Arsenal” 37 oyundan 86 xalla Premyer Liqanın yarış cədvəlində şərti lider mövqeyində qərarlaşıb. 36 oyun keçirmiş “Mançester Siti” 85 xalla 2-ci pillədən “Arsenal”ı daban-daban təqib edir.

Bu gün – mayın 14-də “şəhərlilər” 34-cü turdan təxirə salınmış oyun çərçivəsində səfərdə “Tottenhem”lə qarşılaşacaqlar. Mütəxəssislərin böyük əksəriyyəti bu oyunu “Mançester Siti”nin cari mövsümün çempionluğunu qazanması yolunda mümkün ən böyük əngəl hesab edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
arena.az

1Mənbələr