AZ

Buffon AVRO 2024-də favoritini açıqladı

İtaliya millisinin və "Yuventus"un sabiq qapıçısı Canluici Buffon Fransanı 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının favoriti adlandırıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sky Sport Italia" yazır.

"Fransa mütləq ki favoritdir", - keçmiş qolkiper deyib.

Xatırladaq ki, 2 avqust 2023-cü ildə Buffon futboldan getdiyini açıqlayıb. Canluici "Parma" akademiyasının məzunudur.

O, beş dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib.

2006-cı ildə turnirin qalibi olub və həm də onun ən yaxşı qapıçısı kimi tanınıb. Buffon əvvəllər "Yuventus" və PSJ-də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
baku.ws

1Mənbələr