AZ

Rusiyanın dəniz neft ixracı son iki ayın ən aşağı səviyyəsinə düşüb

Rusiya neftinin son bir həftədə dəniz yolu ilə tədarükü mart ayı səviyyəsinə düşüb. 

HİT.az xəbər verir ki, bunu "Bloomberg"in əldə etdiyi tanker izləmə məlumatları sübut edir.

Məlumata görə, bu həftə ərzində Primorsk, Ust-Luqa, eləcə də Arktika sahilindəki Murmansk kimi əsas Baltik limanlarından əvvəlki həftə ilə müqayisədə xeyli az neft yükü göndərilib. Baltik dənizi limanlarından tədarükün azaldılması OPEC+ sazişi çərçivəsində Moskvanın vəd etdiyi hasilatın azaldılmasına uyğundur. 

Həftəlik tədarüklər, tədarük və dəstək qiymətlərini məhdudlaşdırmaq üçün ölkələrin ittifaqı tərəfindən təyin olunan may hədəfindən gündə təxminən 270,000 barel az idi. Orta hesabla, ay ərzində plandan fərq gündə təxminən 10 min barel olub.

Kreml həmçinin neft hasilatının azaldılmasını artıraraq, həcmi aprel ayı səviyyəsindən təxminən 9,1 milyon barrelə endirməyə razılaşıb. OPEC-in məlumatına görə, ötən ay Rusiyada hasilat təxminən 150 min barel azaldılıb.

Samir

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
hit.az

1Mənbələr