AZ

Qeyri-sabit hava şəraiti bölgələrdə ciddi fəsadlar törədibVİDEO

Bölgələrdə güclü yağış yağıb. Yaranan sel suları bir sıra fəsadlar yaradıb.

Xezerxeber.az-ın məlumatına görə,  İsmayıllıda  yağan güclü yağış selə səbəb olub.

Rayonun Qurbanəfəndi kəndini sel basıb. Nəticədə 5-ə yaxın kənd sakininin evi, 10-a yaxın həyətyanı sahə sel suları altında qalıb. Sel nəticəsində kənd sakinlərinə aid 500-ə yaxın cücə tələf olub. Əkdikləri kənd təsərufatına aid bostan sahələri tamamilə yararsız vəziyətə düşüb. Ötən gecədən kəndə qaz, su, internetin verilişi dayandırılıb.

Sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün aidiyyəti qurumlar işlərə başlayıblar. Günün sonunadək qaz, su və internet xətinin verlişinin  bərpa ediləcəyi bildirilib.

Oğuz, Qəbələ və Şəkidə yağan leysan nəticəsində irigövdəli ağaclar aşıb, yollar dağılıb, elektrik və internet verlişində fəsilələr yaranıb. Kiş, Şin, Qaraçay, Dəmiraparan çaylarında suyun miqdar xeyli  artıb, sellər yaranıb. Qəbələnin Həzrə və Bunud kəndlərində şiddətli leysan nəticəsində yaranan sel evlərə, şəxsi təsərrüfatlara ziyan vurub.

Qarabağın dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti Qarqar çayında selə  səbəb olub. Nəticədə Ağdamın Hacıməmmədli, Əfətli kəndlərinin əkin sahələri və fərdi yaşayış evinin həyətləri sel suları altında qalıb. Ağdam mexaniki suvarma idarəsinin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Sel sularının qarşısın almaq üçün tədbirlər görülür.

Sel suları Göyçayda da bir sıra çətinliklər əmələ gətirib. Aramsız yağan yağışdan sonra gələn sel, Qarabaqqal kəndi ərazisində olan rayonun tullantı poliqonunu cənginə alıb. Burada məişət tullantıları ətraf əraziyə yayılıb. Rayonda eyniadlı çayda suyun səviyyəsi xeyli artaraq kənd sakinlərinə ziyan vurub.

Güclü yağış Kürdəmirdə də evlərə və təsərrüfatlara ciddi ziyan vurub.

Goranboy rayonu ərazisindən keçən Qaraçay və Gorançay çaylarında da bolsuluq müşahidə edilib.

Qeyd edək ki, bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
11
xezerxeber.az

10Mənbələr