AZ

"ABŞ-ın yardımı Ukraynada cəbhədəki vəziyyəti dəyişəcək..."

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı, mayın 14-də Kiyevə səfəri zamanı, ABŞ-ın yeni hərbi yardımının bir hissəsinin artıq Ukraynaya çatdığını, bəzilərinin isəyolda olduğunu bildirib.

“Biz bilirik ki, buUkrayna üçünçətin vaxtdır” deyən Blinken, əlavə edib ki, Amerikanın hərbi yardımı Rusiyanın davam edən təcavüzü ilə qarşıdurmadareal fərq yaradacaq. Ukrayna prezidenti Vladimir Zelenski Blinkenlə danışıqlardan sonra Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər.

...Xüsusilə, onlar Ukrayna üçün, Xarkov və Xarkov vilayəti kimi şəhərlərimizi və icmalarımızı qorumaq üçün “Patriot” sistemlərindən danışıblar.

Bunu Ukrayna lideri yazıb.

...Xarkov vilayəti üçün iki Patriot qurğusu insanların Rusiya terrorundan qorunmasına əhəmiyyətli dərəcədə kömək edə bilər.

Bundan əlavə, tərəflər Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bunu da Ukrayna dövlətinin başçısı qeyd edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sia.az

1Mənbələr