AZ

ABŞ KXDR ilə münasibətlərdəki sərtliyi izah edib

Şimali Koreyanın dialoqa həvəsi olmadığı üçün ABŞ Pxenyana qarşı sərt davranır.

 

Oxu24.com  xəbər verir ki, bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda deyib.

 

“Biz heç bir şərt olmadan  diplomatiyaya açığıq. Təəssüf ki, Şimali Koreyadan indiyədək aldığımız yeganə cavab daha çox raket buraxılışı olub”, – Krietenbrink bildirib.

 

Bununla əlaqədar, amerikalı diplomatın sözlərinə görə, Vaşinqton Pxenyana qarşı mövcud sanksiyaları sərtləşdirmək üçün səylərini artırıb və BMT-dəki tərəfdaşları ilə birlikdə bu məhdudiyyətlərə əməl etməkdə israr edir.

 

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib ki, Rusiya Şimali Koreya ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.

 

O əlavə edib ki, Şimali Koreya Rusiya üçün yaxşı və perspektivli tərəfdaşdır.

 

Bundan əvvəl Kim Çen In bildirib ki, Pxenyanın hərbi əməliyyatlardan yayınmaq niyyəti yoxdur.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
oxu24.com

10Mənbələr