AZ

Aİ İrana qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı Rusiyaya hərbi dəstək və Qırmızı dəniz bölgəsində fəaliyyət göstərən qruplara dəstək iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib.

BiG.AZ xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

"Rusiyanın Ukraynaya hücumunu, eləcə də İranın Yaxın Şərq və Qırmızı dəniz regionunda qeyri-dövlət silahlı qruplaşmalarına hərbi dəstəyini davam etdirməsini və 2024-cü il aprelin 13-də İranın İsrailə qarşı pilotsuz uçuş aparatları və raket hücumlarını nəzərə alaraq, Şura qərara gəlib ki, Aİ-nin sanksiyalar tətbiq etmək qabiliyyəti indi təkcə pilotsuz təyyarələrə deyil, həm də raketlərə şamil ediləcək", - deyə bəyanatda bildirilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
big.az

1Mənbələr