AZ

Avropa Parlamenti: Tbilisi, sizi eşidirik!

Avropa Parlamentinin sədri Roberta Metsola Tbilisidə baş verənlərə cavab verərək deyib ki, gürcülərin səsi Avropada eşidilir.

 

Oxu24.com   xəbər  verir  ki, “Tiflis, səni eşidirik! Səni görürük! Küçələrdə [duran] gürcülər Avropa arzusundadırlar. Onlar Avropa bayrağını qürurla dalğalandırırlar. Onlar Avropanın gələcəyini istəyirlər. Onlar Avropa dəyərlərini və standartlarını gözləyirlər. Avropa Parlamenti Gürcüstan xalqını dəstəkləyir”, - Metsola yazır.

 

Bu gün Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

 

Qanun layihəsini 84 deputat dəstəkləyib, 30 deputat əleyhinə səs verib.

 

Qanunun qəbulundan sonra Gürcüstan parlamenti qarşısında etiraz aksiyası başlayıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
oxu24.com

1Mənbələr