AZ

Pakistanda baş verən partlayışda 5 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla həmsərhəd olan Hayber Pahtunhva əyalətinin şimal-qərbindəki Cənubi Vəziristan dairəsində yerləşən Tanqi Badinzay rayonunda yaşayış binasına əldəqayırma partlayıcı qurğu yerləşdirilib və partlayıcı məsafədən idarə olunan qurğu ilə işə salınıb.

Son məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və bir uşaq da var.

Hadisə yerində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
report.az

10Mənbələr