AZ

Putin Çinə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Çinə səfər edəcək.

BiG.AZ xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiya lideri çinli həmkarı Si Cinpinin dəvəti ilə mayın 16 və 17-də ölkəyə səfər edəcək.

Kremldən verilən açıqlamaya görə, Putin yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Çinə edəcək.

Rusiya və Çin liderləri görüş zamanı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələləri ətraflı müzakirə edəcəklər. Görüş zamanı Rusiya-Çin praktiki əməkdaşlığının gələcək inkişafının əsas istiqamətləri müəyyənləşdiriləcək, ən aktual beynəlxalq və regional problemlər ətrafında dərin fikir mübadiləsi aparılacaq.

Danışıqların yekunu olaraq dövlət başçılarının birgə bəyanatla çıxışı və bəzi ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Bundan əlavə, Putin Harbin Politexnik Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
big.az

10Mənbələr