AZ

Tbilisidə etirazçılar yenidən parlamenti mühasirəyə alıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlamentin ətrafını boşaldıb və xarici agentlər haqqında qanuna etiraz edənlərin qanunvericilik binasına qayıtmasına icazə veriblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Polis bir neçə saat Rustaveli prospektini bağlayıb etirazçıların parlamentə yaxınlaşmasına əngəl olmağa çalışırdı. Bəziləri binanın fasadındakı dəmir hasarları zədələdikdən və qanunverici orqanın həyətinə soxulmağa cəhd etdikdən sonra təhlükəsizlik qüvvələri etirazçıları parlamentdən uzaqlaşdırıb. Bir neçə həbs edilib.

Nümayişçilərin sayı azaldıqdan sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi yerdə qalan etirazçıların parlamentin ətrafına daxil olmasına və aksiyanı davam etdirməsinə icazə vermək qərarına gəlib. Etirazçılar həmçinin parlamentin xidməti girişlərinə aparan 9 Aprel və Çiçinadze küçələrində də yerləşiblər. Hazırda parlamentdə vəziyyət sakitdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
5
iqtisadiyyat.az

6Mənbələr