AZ

Slovakiya Aİ miqrasiya paktını rədd edib



Slovakiya Respublikası Aİ miqrasiya paktını rədd edir və onun qəbulunun əleyhinə səs verib. İcmaya üzv ölkələrin maliyyə nazirlikləri rəhbərlərinin iclasının sonunda bu barədə jurnalistlərə Slovakiyanın maliyyə naziri Ladislav Kameniçki məlumat verib.“Slovakiya ümumiyyətlə bu paktı rədd edir və buna görə də mən onun qəbuluna səs vermədim.
Slovakiya icmanın digər ölkələrindən olan qeyri-qanuni miqrantları qəbul etməkdən imtina edən dövlətlərin üzərinə hər hansı maliyyə öhdəliklərinin qoyulmasının kökündən əleyhinədir. Nazirin sözlərinə görə, Avstriya, Macarıstan, Polşa və Çexiya da müxtəlif formalarda miqrasiya paktının qəbuluna qarşı çıxış ediblər.Bundan əvvəl Aİ Şurası, nəhayət, bütün Aİ miqrasiya standartlarının sərtləşdirilməsini özündə əks etdirən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib. O, xüsusilə, sığınacaq hüququ olmayan miqrantların sonradan vətənlərinə deportasiyasını asanlaşdırmaq üçün Aİ sərhədlərində filtrasiya düşərgələrinin yaradılmasını nəzərdə tutur. Eyni zamanda, miqrantların Aİ ölkələrinə kvota köçürülməsi tətbiq edilir ki, bu da xüsusi fonda müəyyən rüsum ödəməklə, bundan imtina etmək olar.

İndi Avropa Komissiyası bu islahatların praktikada həyata keçirilməsi üçün yol xəritəsi təqdim etməli və Aİ ölkələri bu paktın müddəalarını öz miqrasiya qanunvericiliyinə daxil etməlidir.

aia.az
tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
aia.az

10Mənbələr