AZ

Səkkiz saatlıq oturaq işin təhlükələri - Həkimdən XƏBƏRDARLIQ

"Oturaq vəziyyətdə səkkiz saatlıq iş günü ömrü qısaldır".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, həkim Aleksandr Myasnikov bu iş rejiminin təhlükələri barədə xəbərdarlıq edib.

"Ofis işçiləri onurğanın zədələnməsindən əziyyət çəkir və əzələ ağrısı yaşayırlar. Bununla bağlı bəzi kabinetlərdə işçilər xüsusi stollarda ayaq üstə işləyirlər. Bundan əlavə, bu həyat tərzi demensiyanın inkişaf riskini artırır", - o bildirib.

Mütəxəssis bədən tərbiyəsinin köməyi ilə oturaq işin zərərli amillərini azaltmağı tövsiyə edib.

"Hər 40-45 dəqiqədən bir bir sıra məşqlər etmək və ya ən azı gəzinti etmək lazımdır".

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
redaktor.az

3Mənbələr