AZ

Ceyhun Bayramov: Biz delimitasiyanı tarixi hadisə kimi dəyərləndiririkVİDEO

"ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməyib".

Xezerxeber.az-ın məlumatına görə,  bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

Nazir həmçinin bundan sonra ATƏT-lə əməkdaşlığın çox yaxşı potensialının olduğuna dair ümidini ifadə edib.

Ceyhun Bayramov bildirib ki, ATƏT-lə əməkdaşlığın işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi və digər bu kimi həllərdə kadr potensialının gücləndirilməsi istiqamətində müsbət potensialı var.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən danışan Ceyhun Bayramov bildirib ki, fevral ayından başlayaraq sülh müqaviləsi ilə bağlı danışıqlar intensiv olaraq bərpa edilib.

ATƏT-in fəaliyyətdə olan sədri İan Borq da çıxışında Ermənistan-Azərbaycan arasında danışıqların davam etdirilməsini istədiyini və sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözlədiyini qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
xezerxeber.az

1Mənbələr