AZ

Floridada avtobus qəzası nəticəsində 8 nəfər ölüb

Vaşinqton, 14 may, AZƏRTAC

ABŞ-ın Florida ştatında avtobus qəzası nəticəsində 8 nəfər ölüb.

AZƏRTAC-ın verdiyi məlumata görə, hadisə zamanı xəsarət almış 45 sərnişin müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 8 nəfərin vəziyyəti ağırdır. Florida Yol Təhlükəsizliyi və Nəqliyyat Vasitələri Departamentini yaydığı məlumata görə, 53 nəfər ferma işçisini daşıyan avtobus hərəkətdə olarkən qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
5
azertag.az

5Mənbələr