AZ

"Azərbaycanda hiss olunan zəlzələlərin baş verməsi qaçılmazdır" — AÇIQLAMA

 “2024-cü il ərzində seysmik və tektonik aktivlik müqayisəli şəkildə baş verəcək, nəinki Azərbaycanda, hətta dünya miqyasında. Palçıq vulkanlarının püskürməsi də istisna deyil. Bu il Azərbaycanda hiss olunan zəlzələlərin baş verdiyinin şahidi oluruq”.

Bunu Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin nəzdində Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin struktur bölməsinin müdiri seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə əgər bir regionda tektonik qırılmalar aktivləşirsə, bu, qonşu regiona da təsir edir:



“Qonşu bölgələrdə aktivləşmə intensivləşir. Bu hal Azərbaycandan da yan keçmir. Əgər İran, Türkiyə silkələnirsə, ola bilməz ki, bu, Azərbaycana öz təsirini göstərməsin. Bu, fizika qanunlarına ziddir. Azərbaycanda aktivlik əvvəlki illərə nisbətən daha intensivdir. Gün ərzində onsuz da bizim hiss etmədiyimiz zəlzələlər baş verir. Seysmik stansiyalar hiss olunmayan zəlzələləri qeydə alır. Bu il  Azərbaycanda hiss olunan zəlzələlərin baş verməsi qaçılmazdır. Növbəti bir seysmik zona da intensivləşə bilər. Naxçıvan, Gəncə ətrafı, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Quba, Şabran zonaları seysmik zonalardır. Xəzər dənizi ümumiyyətlə mürəkkəb tektonik zonadır. Lənkəranda baş verən zəlzələ başqa zəlzələ ocaqlarındakı aktivliyi də intensivləşdirə bilər”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
demokrat.az

1Mənbələr