AZ

Naxçıvanda su basan 50-dən çox zirzəmidə, həyətyanı sahədə tədbirlər görülüb

"Naxçıvanda su basan təqribən 50-dən çox zirzəmidə, həyətyanı sahələrdə tədbirlər görülüb. Hazırda 15-ə yaxın heyətimiz bu işləri müxtəlif istiqamətlərdə həyata keçirir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respbublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri Şərif Əsədov deyib. Onun sözlərinə görə, bu gün Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Naxçıvan şəhərində intensiv xarakterli leysan yağışları nəticəsində Fövqəladə Hallar Nazirliyinin “112 qaynar xətti”nə çoxlu sayda müraciət edilib: “Naxçıvan şəhərinin müxtəlif küçə və prospektlərində, eyni zamanda fərdi yaşayış evlərinin, hündürmərtəbəli binaların zirzəmilərinə, obyektlərə suyun dolması ilə əlaqədar məlumatlar daxil oldu. Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri dərhal hadisə yerinə cəlb olunub və bütün istiqamətlərdə paralel olaraq su çəkmə əməliyyatları aparılır. Hazırda işlər davam etdirilir”.

Naxçıvanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
apa.az

2Mənbələr