AZ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında iştirak edəcək şəxslərin nəzərinə

“Yüksəliş”

Bakı, 14 may, AZƏRTAC

Dördüncü “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanına qeydiyyat davam edir.

Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, iştirakçılar mayın 16-sı saat 12:00-dək imtahanda iştirak etmək istədikləri tarixi idarə panelində yerləşdirilmiş qeydiyyat sistemindən seçməlidirlər (hər sessiya üçün ayrılan yerlərin sayı məhduddur).

Hər iştirakçı yalnız bir seçim edə bilər və bütün iştirakçılar qeydiyyatdan keçdikdən sonra buraxılış vərəqələri şəxsi kabinetdə yerləşdiriləcək.

Qabiliyyət imtahanı əyani formada mayın 18-də və 19-da saat 10:00 və 15:00-da növbəli şəkildə keçiriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
18
azertag.az

10Mənbələr