AZ

PARLAMENTDƏ ƏLBƏYAXA DAVA DÜŞDÜ- VİDEO

Gürcüstanda Parlamentin plenar sessiyasında yenidən gərginlik yaşanıb...

Tezadlar.az Gürcüstan sosial şəbəkə istifadəçilərinə istinadla xəbər verir ki, sessiyada növbəti dəfə müxalifət və iqtidar deputatları arasında əlbəyaxa dava düşüb. Belə ki, bu dəfə parlament çoxluğunun üzvləri "Gürcüstan Naminə" Partiyasının liderlərindən olan Beka Liluaşvilinin çıxışı zamanı yanına gələrək əlbəyaxa olublar. Bundan başqa digər bir insident isə Tariyel Nakaidzenin çıxışı zamanı qeydə alınıb. O çıxışında hakim partiyanı "Gürcüstanın azadlığını və Avropa gələcəyini satmamağa" çağırıb. Bu zaman parlament çoxluğunun üzvü Aluda Quduşauri onu "agent" adlandırıb, bundan sonra isə deputatlar arasında fiziki dava düşüb.

Bu arada Avropa Şurasının prezidenti Şarl Mişel "Kopenhagen Demokratiya Zirvəsi" Sammitində çıxışı zamanı deyib:  “Düzünü desəm, Gürcüstanda baş verənlərdən şəxsən mən məyus oldum. Niyə çünki bir neçə ay əvvəl Avropa Şurası 27 üzv dövlətin əksəriyyətinin Gürcüstana namizəd statusu vermək üçün dəstəyinə malik deyildi, lakin kollektiv şəkildə bir neçə Avropa lideri bizi inandırdılar ki, bir çox səbəblərə görə namizədin verilməsi düzgün seçimdir".

Gərginlik isə daha da artmaqdadır...

A.Məmmədli 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
tezadlar.az

1Mənbələr