AZ

Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edildi


Bu gün saat 17:00-dan Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.
Bildirilir ki, təhlükəsizlik tədbiri ləğv edilənə qədər qüvvədə qalacaq:
“Mayın 14-də qırmızı səviyyə zamanı Gürcüstan parlamentinə təhlükənin xüsusiyyətlərinə və ondan yayınma zərurətinə uyğun olaraq parlament aparatının rəhbəri tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla, heç kim buraxılmayacaq”.
Qeyd edək ki, “xarici agentlər haqqında” qanun üçüncü oxunuşda qəbul edildikdən sonra parlamentdə vəziyyət son dərəcə gərginləşib. Etirazçılardan bəziləri parlamentin girişinə yaxınlaşmaq üçün baryerləri zədələyib, digərləri isə onların üstündən keçməyə cəhd ediblər. Hazırda polis etirazçıları saxlamağa davam edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
yeniavaz.com

1Mənbələr