AZ

İki ukraynalı və bir rus narkotik ticarəti şəbəkəsi yaratdı - Ölüm cəzası verilə bilər

İndoneziyada iki Ukrayna və bir Rusiya vətəndaşı Bali adasında narkotik laboratoriyası və qadağan olunmuş maddələrin satışı şəbəkəsi yaratmaqda şübhəli bilinərək həbs edilib. 

HİT.az-ın məlumatına görə, "Detik" portalı polisə istinadən xəbər verir ki, onları ölüm cəzası gözləyir.

İş üzrə təqsirləndirilən şəxslər iki ukraynalı əkiz qardaşlar İvan və Mixail Volovoda, həmçinin Rusiya vətəndaşı Konstantin Krutsdur. İddialara görə, qardaşlar narkotik istehsalı ilə məşğul olub, rus isə diler kimi fəaliyyət göstərib. İndoneziya Milli Polisi cinayətkar şəbəkənin birbaşa rəhbərləri hesab edilən daha iki Ukrayna vətəndaşını da axtarır.

Polisin məlumatına görə, şübhəlilər malları darknet və "Telegram"dakı qapalı qruplar vasitəsilə paylayıblar. Villalarının zirzəmisində təxminən 180 kvadratmetr sahəsi olan narkotik laboratoriyası tapılıb. Binadan 10 kq-a yaxın marixuana, 437 qram mefedron və 107 qram kokain götürülüb.

İndoneziyada narkotik saxlamaq üçün 20 ilə qədər həbs cəzası var. Narkotik vasitələrin yayılması ölüm cəzası və 10 milyard İndoneziya rupisi (620 min dollar) məbləğində cərimə ilə nəticələnə bilər. 

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
hit.az

1Mənbələr