AZ

Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-dramaturq, avestaşünas Xanlar Həmidin 70 illik yubileyinə həsr olunmuş tədbir və şairin yenicə çapdan çıxmış kitablarının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edənlər şair Xanlar Həmidin həyat və yaradıcılığı haqqında danışıblar.

Qeyd edilib ki, şairin tərcümələrinin maraqlı cəhəti müəllifin, sadəcə, əldə olan mətnlərin tərcüməsi ilə kifayətlənməməsi, məsələyə araşdırmaçı-alim kimi yanaşaraq, kitablara zəngin şərhlər əlavə etməsi, onların müasir oxucular tərəfindən rahat dərk olunmasıdır.

Vurğulanıb ki, Xanlar Həmid “Avesta”nı (Yəşt hissəsini) ilk dəfə rus dilindən Azərbaycan dilinə poetik tərcümə edən şairdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
tehsil.biz

2Mənbələr