AZ

ABŞ Maliyyə Nazirliyi Rusiyadan olan üç hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi iş adamı Oleq Deripaska ilə əlaqəli olduğu iddia edilən üç hüquqi şəxsə və bir Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Bu barədə Amerika departamentinin mətbuat xidməti məlumat yayıb.

Vaşinqtonun fikrincə, siyahıda olanlar “sanksiyalardan yayınmaq cəhdində” iştirak ediblər. İddiaya görə söhbət bir iş adamının dondurulmuş aktivlərinin satışından gedir.

ABŞ Xəzinədarlığının tətbiq etdiyi sanksiyalar Amerika vətəndaşları və biznesləri üçün sözügedən şirkətlə əməkdaşlığa qadağa qoyulması, həmçinin şirkətin ABŞ-dəkı vəsaitlərinin və aktivlərinin bloklanması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
aznews.az

1Mənbələr