AZ

Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO

Ötən axşamdan leysanla müşayiət olunan yağışlar Qəbələnin Həzrə və Bunut kəndlərində sakinlərin təsərrüfatlarına ciddi ziyan vurub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd bələdiyyə sədri Eldəniz İsayev məlumat verib.

Bildirilib ki, artıq bir neçə gündür əraziyə yağan yağışlar ötən gecədən başlayaraq intensivləşib və leysan xarakterli olub. Nəticədə kəndin infrasturukturuna və fərdi təsərrüfatlara ziyan dəyib.

Gecə saatlarından etibarən yerli qurumlar hadisə barədə rayon fövqəladə hallar komissiyasına məlumat verib, hadisənin miqyası izah olunub. Səhər saatlarından sel-suların qarşısını almaq üçün kəndə maşın və texnikalar göndərilib.  

İlk növbədə sel-suların daha çox keçdiyi yerlər texnikaların vasitəsi ilə təmizlənib, təhlükəli yerlərə qum tökülüb. Eyni zamanda kəndin daxilindən axan çayın bəzi yerləri qumdan təmizlənib. Bu saatlarda da rayonun müvafiq idarələrinin maşın və texnikaları fəsadların aradan qaldırılmasında iştirak edir.

Qeyd edilib ki, kənddə bir neçə evin zirzəmisinə, tövlələrə eləcə də həyətlərə lilli su dolub. Sakinlərin zirzəmilərdəki qida ehtiyatı, mal-qaranın otu tələf olub. 

Bostan-tərəvəz məhsulları da lil altında qalıb.

Yağşlar ara verən kimi kəndin daxilində eləcə də həyətlərdə təmizləmə işlərinə başlayacaqlarını bildirən bələdiyyə sədri onu da əlavə edib ki, kənddə sel təhlükəsi aradan qaldırılıb.












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
9
bizim.media

8Mənbələr