AZ

Bakı ilə İrəvan arasında düyün nöqtəsi – Kalininqrad modeli nədir? 

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib ki, Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır. Kalininqrad variantı mövzusu xeyli vaxtdır gündəmə gətirilib.


Bu, Ermənistanla Azərbaycan arasında daha bir razılaşmanın olduğu deməkdir?


Referans.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi:


“Ekspert bildirmişdi ki, 40 kilometrlik bu “arteriya” Azərbaycan üçün ən vacib məsələdir.


Məsələ burasındadır ki, XX əsrin sonlarında SSRİ parçalanandan sonra digər respublikalar kimi Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirib. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə ediləndən sonra sazişi ratifikasiya elədi.


Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında isə bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq.


Əlbəttə, Azərbaycan ən optimal marşrut üzrə Naxçıvanla etibarlı nəqliyyat əlaqəsinin qurulmasında maraqlıdır. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu bəndi həmin əlaqənin yaradılmasını nəzərdə tutur və məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaranıb”.


Şərhçi deyib ki, Azərbaycan üçtərəfli bəyanat imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılması üçün öz ərazisində infrastruktur quruculuğunu həyata keçirməyə başladı və artıq dəhlizin açılmasına hazırdır:


“Amma məsələnin geosiyasi tərəfləri var və Ermənistanın üzərində ciddi təsir imkanlarına malik olan bəlli dövlətlərin iradəsidir ki, 3 il müddətində Ermənistan regionda kommunikasiyaların yaradılması istiqamətində heç bir addım atmayıb. Azərbaycan üçün ən əhəmiyyətlisi onun milli maraqlarına uyğun bir variantın işlənib hazırlamasıdır.


Əlbəttə, Kalininqrad modeli mümkün versiyalardan biridir, amma daha yaxşıları ola bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
1
referans.az

2Mənbələr