AZ

“Mən ancaq alqış və heyranlıq eşitdim. O, PSJ-nin əfsanəsidir"

PSJ-nin baş məşqçisi Luis Enrike parisli azarkeşlərin hücumçu Kilian Mbappe ilə vidalaşmasından danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlama verib:

“Heç bir fit səsi eşitmədim, sadəcə böyük dəstək var idi. Eşitdiyim tək şey alqışlar, nəğmələr və həyəcan idi və məncə Kilian buna layiq idi. Azarkeşlər, həmişə olduğu kimi, əla idi.

Mbappe ilə vidalaşma fantastik və çox ürəkaçan idi. Bu səviyyəli oyunçunun əməyini qiymətləndirmək çox gözəldir. Şübhəsiz ki, o, gənc yaşına baxmayaraq, klub əfsanəsidir. Qarşıda daha bir neçə matçımız var. Ona gələcək karyerasında uğurlar arzulayıram".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
offsideplus.az

1Mənbələr