AZ

Müsəlmanlar Trampa səs vermək istəyiblər




Keçmiş Amerika lideri Donald Tramp müsəlman seçicilər arasında dəstək baxımından ABŞ-ın hazırkı prezidenti Co Baydeni geridə qoyub. Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.“Tramp səsvermə ştatlarında qeydə alınmış Yaxın Şərq, Şimali Afrika və ya müsəlman seçicilər arasında liderlik edir və sorğuya əsasən, 57 faiz onu noyabrda dəstəkləməyi planlaşdırdıqlarını bildirib. Cəmi 25 faiz Baydeni dəstəklədiyini bildirib”, – nəşr yazır.
Bu nəticələr Baydenin İsrail və HƏMAS arasındakı münaqişəyə reaksiyası ilə bağlıdır. Təl-Əvivə hərbi yardım göstərilməsi müsəlman seçicilər arasında mənfi reaksiyaya səbəb olur. Onların bir çoxunun əsas yelləncək ştatlarından biri olan Miçiqanda yaşaması vəziyyəti daha da pisləşdirir. Bu ilin fevral ayında Bayden bu ştatda ən aşağı səviyyədə dəstəyini Demokratik partiyanın praymerizləri zamanı aldı və bu, onun seçki qərargahında narahatlıq doğurdu.Mayın 6-da Trump kollec təhsilli insanlar arasında dəstək baxımından Baydeni qabaqladı. Bu nəticə eks-prezident üçün unikaldır, çünki onun əsas elektoratı zəif təhsilli vətəndaşlardır.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
aia.az

1Mənbələr