AZ

Yaponiya balina ovuna icazə verib

Yaponiya

Yaponiya üzgəcli balinaların ov mövsümünü açıq elan edib.

Reyting.az
bildirir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yer üzündəki ən böyük və ən ağır heyvan sayılan mavi balinaların bədən uzunluğu 33 metrə qədər, çəkisi isə 150 tona çatır. Uzun illər bu canlılar ova məruz qalıblar. İnsanlar onları yağ, ət, balen və qaraciyər, eləcə də beyin orqanları üçün ovlayıblar. Bu isə müxtəlif növ balinaların sayının kəskin azalmasına səbəb olub. Elə buna görə də bir çox ölkələr bu heyvanların populyasiyasını qorumaq üçün günü-gündən genişlənən ovçu biznesindən imtina etmək qərarına gəliblər. Ov qadağası dünyanın ikinci ən böyük heyvanı sayılan üzgəcli balinalara, həmçinin də digər balina növlərinə şamil edilib.

Yaponiyada bu canlıların ovuna yenidən icazə verilməsi təbiəti mühafizə edən bir çox təşkilatların, eləcə də fəalların böyük narazılığına səbəb olub.

Hi-NEWS.ru yazır ki, əsrlərlə sənayedə yanacaq kimi istifadə olunan maye yağlarını əldə etmək üçün insanlar balinaları ovlayıblar. 20-ci əsrin ikinci yarısında insanlar ətdən kolbasa hazırlamaq üçün də balinalarla maraqlanıblar.

Qeyd edək ki, uzun müddət balina ovu ilə məşğul olan ovçular həm də müxtəlif ölkələrdən olan sənətkarlarla əlbir olaraq işləyiblər. Məlum olduğu kimi, balinaların sümüyündən, eləcə də böyük balinaların ağzındakı buynuzabənzər boşqab şəkilli hissələrdən ustalar mebel üçün çox baha qiymətə üzlüklər düzəldirlər.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
reyting.az

1Mənbələr