AZ

Dünyanın ən hündür binası Ciddə Qülləsi olacaq - Foto

Dünyanın

Uzunluğu bir kilometr olacaq Ciddə Qülləsi adlanan göydələnin layihəsini hazırlayan "AS+GG" memarlıq bürosu dünyada ən hündür bina tikintisini davam etdirir.

Reyting.az
xəbər verir ki, bu barədə "Naked Science" yazıb.

Bildirilir ki, bir çox Yaxın Şərq mediası, həmçinin “X” sosial şəbəkəsindəki ictimai səhifələr bununla bağlı paylaşımlar edirlər.

Məlumata görə, Səudiyyə Ərəbistanı 1000 metrlik hündürlüyündə nəzərdə tutulan Ciddə Qülləsinin tikintisini bərpa etməyi qərara alıb, üstəlik, podratçı da seçib: Çinin bu sahədə ən məhşur və peşəkar şirkətlərindən biri hesab olunan "China State Construction Engineering Corporation"-u.

Nəşr yazır ki, Ciddə Qülləsinin layihəsi üzərində işlərin dörd-beş il ərzində başa çatdırılması gözlənilir.

Dünyanın ən hündür binası olacaq Ciddə Qülləsinin içərisində otel və ofislər, təhsil, əyləncə, turizm mərkəzləri, ticarət obyektləri, eləcə də su idmanı mərkəzi fəaliyyət göstərəcək.



Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
reyting.az

1Mənbələr