AZ

Şuşada görülən işlər ölkənin siyasi strategiyasını əks etdirir ŞƏRH

Bu il mayın 10-u Şuşa və bütün Azərbaycan xalqı üçün daha bir tarixi gün oldu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tarixi şəhərə köçən ilk sakinlərlə birlikdə Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak ediblər. Bu hadisə təkcə insanların öz doğma torpaqlarına qayıtması deyil, həm də otuz iki ildən artıq davam edən işğal üzərində qələbəni möhkəmləndirərək, daha da parlaq edir.

Şuşada yaşayış kompleksinin açılışı bu tarixi şəhər üçün yeni dövrün bəhər səhifəsi oldu. Bu, insanların öz evlərinə qayıtmasına imkan yaratmaqla yanaşı, regionun yüksəlişini, inkişafını nümayiş etdirir. Azərbaycan tərəqqiyə, əmin-amanlığa can ataraq, irəliləməkdə davam edir və Şuşada yaşayış kompleksinin istifadəyə verilməsi bu istəyin bariz nümunəsidir.

Cənab İlham Əliyevin Şuşada ilk yaşayış kompleksinin açılışı zamanı nitqi, bu tarixi şəhər üçün yeni dövrün uğuru olmaqla yanaşı, həm də liderliyin, milli birliyin vacibliyini vurğuladı, o cümlədən tarixi məqamı və ölkənin siyasi strategiyasını əks etdirdi.

Cənab Prezident çıxışına sakinlərin 32 illik işğaldan sonra doğma Şuşaya qayıtmasının əhəmiyyətini qeyd etməklə başladı. O, bu hadisənin 2003-cü ildə prezident kimi fəaliyyətə başladıqdan sonra həyata keçirdiyi strategiya sayəsində mümkün olduğunu vurğulayıb. 2020-ci ildə Vətən Müharibəsində Şuşanı və işğal altında olan digər əraziləri azad edən ordunun gücləndirilməsi, iqtisadiyyatın inkişafı və ən əsası gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi möhtəşəm qələbənin əsas təminatçılarından oldu.

Bu çıxışın Azərbaycanın ciddi dövlət kimi nüfuzuna mühüm təsir göstərir. Birincisi, cənab İlham Əliyevin ərazi bütövlüyü, suverenliyi, milli maraqların müdafiəsi məsələlərinə dair aydın və qətiyyətli bəyanatları, ölkənin maraqlarını müdafiə etməyə hazır olan qətiyyətli və güclü lider imicini gücləndirir.

İkincisi, çıxışda Azərbaycanın regionda sülhün və sabitliyin bərpasında rolu vurğulanır. Qarabağda münaqişə başa çatdıqdan sonra, Azərbaycan dağıdılmış ərazilərin və infrastrukturun bərpasının tərəfdarı olub ki, bu da onun dünya birliyində sabit və məsuliyyətli iştirakçı kimi nüfuzunu gücləndirməyə kömək edir.

Bundan əlavə, çıxışda dövlət Başçısı işğal olunmuş torpaqların azad edilməsində və ölkənin ərazi bütövlüyünün bərpasında rolu xüsusi vurğulanır. Bu, onun strateji məqsədləri həyata keçirən, milli birlik və həmrəyliyə çağıran lider kimi Azərbaycanın nüfuzunu gücləndirir.

Çıxışın əsas məqamlarından biri də işğal zamanı ermənilərin törətdiyi vandalizmin tənqidi olub. Cənab Prezident İlham Əliyev məscidlərin və digər Azərbaycan ziyarətgahlarının dağıdılmasından, şəhərlərin mədəni simasını dəyişdirmək cəhdlərindən narahatlığını bildirib. Bu hərəkətlər regionun tarixi kimliyini dəyişdirmək cəhdi kimi qəbul edilib, lakin ölkə Başçısı Azərbaycan irsinin dəyişməzliyini və mədəni irsin bərpasını vurğulayıb.

Beləliklə, Cənab İlham Əliyevin çıxışı Azərbaycanın öz maraqlarını qoruyan, regionda sülh və sabitliyə kömək edən, dünya miqyasında fəal rol oynamağa hazır olan dövlət kimi nüfuzunu gücləndirməyə kömək edir, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi, iqtisadi və mədəni inkişafı, eləcə də regionda sülh və sabitlik uğrunda mübarizənin davam etdirilməsindən xəbər verir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
sesqazeti.az

1Mənbələr