AZ

SON DƏQİQƏ! Azərbaycanın tanınmış klubunda yeni sponsor!

Azərbaycan II Liqasında çıxış edən “Şəfa” klubu maliyyə dayağlarını daha da gücləndirib.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt təmsilçinə yeni sponsor gəlib. Ev oyunlarını “ASK Arena”da keçirən komandanı “MY GROUP Holding” şirkəti öz himayəsinə götürüb. Tərəflər arasında ötən günlərdə anlaşma əldə olunub.

Yeni sponsorun komandayla bağlı planları genişdi. “MY GROUP Holding” “Şəfa”nın əvvəlki əzəmətini qaytarmaq niyyətindədi.  Yeni sponsor klub üçün normal vəsait ayırmağı planlaşdırır ki, “Şəfa” yeni mövsümdən daha iddialı bir duruma gəlsin.

Qeyd edək ki, paytaxt təmsilçisi hazırda II liqada 13-cü yerdə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
idmanxeber.az

1Mənbələr